Qarabağda 16 yaşlı erməni çayda boğularaq ölüb

10 İyun 2019 16:40 (UTC+04:00)

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Qrant Arakelyan adlı yeniyetmə Xaçın çayda boğularaq ölüb.

“Report” xəbər verir ki, məlumatı “Ponorama” yayıb.

2003-cü ildə anadan olmuş Q.Arakelyanın meyiti çaydan çıxarılıb.

Hadisənin təfərrüatı araşdırılır.