Bred Pit Colinin xəstəliyindən danışdı

15 May 2013 15:50 (UTC+04:00)

Tanınmış Hollivud aktyoru Bred Pitt həyat yoldaşı aktrisa Ancelina Colinin süd vəzilərini kəsdirməsini qəhrəmanlıq adlandırıb. Movqe.Az "New York Post"a istinadən bildirir ki, aktyor bu əməliyyatı edən bütün qadınları qəhrəman adlandıraraq Coliyə bundan sonra uzun ömür arzuladığını bildirib: "Onun üçün istədiyiniz yeganə şey bizimlə və uşaqlarla bir yerdə möhkəm və uzun ömürdür. Bu bizim ailəmiz üçün xoşbəxt bir gündür ". Xatırladaq ki, aktrisa süd vəzilərində hüceyrə səviyyəsində onkoloji xəstəlik ehtimalına görə onları kəsdirməyə qərar verib.