İşğalçı və işğal obyekti arasında ziddiyyətlər dərinləşir

11 İyun 2019 09:05 (UTC+04:00)

Ermənistanın inqilabçı qərbpərəst hakimiyyətinin legitimliyi hələ də şübhə altındadır. Ölkənin keçmiş Qarabağ klanına bağlı maliyyə-oliqarx sistemi yeni hakimiyyəti heç cür həzm edə bilmir. Bu da təbiidir. Çünki, Paşinyanın qarşısında Ermənistanın söykəndiyi “dağ”ın dəyişdirilməsi kimi həlli mümkün olmayan vəzifə durur. Bu yolda onun qarşısını tək oliqarxlar kəsmir. Əslində onlarla olan problemi çözmək çətin deyil. Əas məsələ “dağ”ı dəyişdirməkdir ki, bu da Ermənistan kimi cırtdan və “əliboş” dövlətin bacardığı iş deyil. Düzdür, Qərb öz məqsədləri üçün yeni hakimiyyəti dəstəkləyir. Lakin, məhz “öz məqsədləri” məsələsi problemin həllində ciddi maneə yaradır. Belə ki, Paşinyan və komandasını günahlandırmaq üçün əldə kifayət qədər fakt toplanıb. Bu, ilk növbədə, hakimiyyət dəyişikliyi zamanı Paşinyanın verdiyi vədləri yerinə yetirə bilməməsinə bağlıdır.

Ancaq başqa ciddi məsələlər də var ki, bu klan söhbətindən qaynaqlanır. Qarabağ klanının dayağı olan “DQR” bu yolda ciddi arqimentdir. Çünki, Qarabağ klanının yaradıcıları və rəhbərləri məhz Ermənistanın işğal etdiyi Azərbaycanın Qarabağ bölgəsindən çıxan ermənilərdir. Onlar yaxşçı bilirlər ki, hakimiyyəti itirməklə var-dövlətlərini də itirəcəklər. Üstəlik, bu adamlar Rusiyaya bağlıdırlar. Bu səbəbdən arxadakı “dağ”ın dəyişilməsi də onlara sərf etmir. Bütün bunlar klanlararası davaya qarışaraq hakimiyyət uğrunda mübarizəni daha da gücləndirir.

İki həftə əvvəl Ermənistanın müstəqillik günü qeyd ediləndə “DQR” prezidenti Bako Saakyan şənlikdə şəxsən iştirak etməyi özü üçün artıq sayaraq yalnız təbrik göndərib. Bu, Ermənistana qarşı böyük sayğısızlkıq nümunəsidir. Axı, birincisi, Paşinyan hüsab edir ki, Ermənistan tanınmamılş “respublika”nın “ən böyük” hamisidir. İkincisi də, Saakyan yaxşı bilir ki, “DQR”-ə yardım adı ilə nə qədər böyük pullar mənimsənilib və ciddi araşdırılsa İrəvan buna görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Başqa sözlə, Bako Saakyanın İrəvana sayğısızlığı əslində siyasi və iqtisadi təhdiddir. Hətta bu gərginlik o həddə çatıb ki, Paşinyan bir neçə ay əvvəl oğlunu işğal zonasına hərbi xidmətə fəxrlə göndərsə də, indi qorxu içərisində onu geriyə, İrəvana gətirtdirib. Çünki, işğalçı ordu cinayətkarlar yetişdirdiyinə görə baş nazirə zərbə vurmaq üçün oğlunu öldürə də bilərlər.

Bir il əvvəl kütlələrin çiyni üzərində hakimiyyəti zəbt etməyi bacaran Paşinyan indi mövqelərini xeyli dərəcədə zəiflədib. Belə ki, onun keçmiş prezident Köçəryanı həıbsdə saxlaya bilməməsi onun hökumət rəhbəri qismində nüfuzuna ağır zərbə vurub. Köçəryanəın azadlığa çıxması isə Qarabağ klanının mövqeyini yenidən gücləndirib. Artıq bu klanın nümayəndələri baş naziri açıq tənqid etməkdən və ya hansısa açılq aksiyalar təşkil etməkdən çəkinmirlər. Məsələ burasındadır ki, kütlələr arasında da geriyə dönüş əhval-ruhiyyəsi güclənir.     

Ermənistan nəşrlərindən biri yazıb ki, “Paşinyan bu məsələdə, doğrudan da, öyünə bilər, o, faktiki olaraq, özünün şəxsi antipatiya və siyasi hesablarını dövlət maraqlarından yuxarı tutaraq bunu hamının gözü qabağında edib. Hakimiyyətin dəstəklədiyi kütlənin mayın 25-də Bako Saakyanın ünvanına səsləndirdiyi hədə isə Paşinyanı ictimaiyyətin gözündən salıb: erməniçiliyin birliyi üçün rəmzi tarix sayılan 28 mayın imici Paşinyanın “yüngül əli” ilə sarsılıb”.

Paşinyan dəfələrlə bildirib ki, onun Qarabağ adından danışmaq səlahiyyəti yoxdur. Onun əleyhdarları isə işğal edilmiş əraziləri Ermənistanın bir hissəsi sayırlar. Bu fikir ayrılığı da klanlararası mübarizənin bir müstəvisidir. Nəzərə alınsa ki, Kreml bu mübarizədə başlıca istiqamətverici rola malikdir, onda Paşinyanın vəziyyəti siyasi təhlilçilərdə heç də ümidverici təəssürat doğurmur. Təbii ki, keçmiş əlaltılardan olan Köçəryan və Sarkisyan cütlüyü daha üzə çıxarılası halda deyillər. Amma vaxtı çatan kimi Kreml Paşinyanı əvəzləyəcək yeni nümayəndəsini meydana gətirəcək. İndilikdə isə “DQR” rəhbərləri ilə İrəvan mənsubları arasında ziddiyyətlərin yüksək gərginlikdə qalması və inkişafı körüklənir.

Heç şübhəsiz, ərazi bütövlüyünü bərpa etməyi bir nömrəli vəzifə sayan Azərbaycan hakimiyyəti də düşmən cəbhədə baş verənləri diqqətlə izləyir. İlk vaxtlar Paşinyanın daha ağıllı mövqe sərgiləyəcəyinə bəslənilən ümidlər doğrulmadı, ona görə ki, Paşinyan cəmiyyəti dəyişdirməyə müvəffəq olmadı. Əksinə, köhnə hakimiyyət mənsubları, eyni zaman beyni işğalçılıq siyasəti ilə zəhərlənmiş təbəqə daha güclü oldu. Bu mənada münaqişənin sülh yolu ilə yoluna qoyulması məqsədi ciddi təhdid altındadır. Hadisələrin inkişafı müharibəni sülhə aparan ən optimal yol kimi meydana gətirir. Bütün hallarda sözün silahlara verilməsi, acı olsa da, ermənilərin təqsiri ucbatından daha real vasitə olmağa bir nömrəli namizəddir.

N.NOVRUZ