Bu ilin sonunadək Bakı metrosunda 30 köhnə vaqon istismardan çıxarılacaq

11 İyun 2019 13:06 (UTC+04:00)

Bu ilin sonuna qədər "Bakı Metropoliteni"ndə 30 köhnə vaqon istismardan çıxarılacaq.

Movqe.az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hİdayət Məmmədov deyib.

Onun sözlərinə görə, il ərzində köhnə vaqonlar yeni 30 yeni vaqonlarla əvəzlənəcək: "Proses tədricən həyata keçiriləcək. Qatarlar istismar müddəti başa çatdıqca xətdən çıxarılaraq yeniləri ilə əvəzlənəcək".