Binəqədi şossesində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq

11 İyun 2019 15:36 (UTC+04:00)

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu axşam 22:00-dan səhər saatlarına kimi Binəqədi şossesində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.