Blackberry Messenger IOS və Android-ə gəlir

15 May 2013 15:48 (UTC+04:00)

Movqe.az xəbər verir ki, "BlackBerryi"in mesajlaşma tətbiqi olan Blackberry Messengerdən (BBM), artıq rəqib platformalar IOS və Android də istifadə edilə biləcək. Şirkətdən edilən şərhə görə iOS və Android istifadəçiləri də bu yaydan etibarən BBM-i istifadə edə biləcək. Blackberry həmçinin 2013-cü ilin sonuna qədər ekran paylaşma, audio və video vasitəsilə görüşmə xüsusiyyətlərini də BBM-ə əlavə etməyə planladıqlarını açıqlayıb. Bu xüsusiyyətləri istifadəçilərə pulsuz olaraq təmin edəcək olan BBM-in Skype, WhatsApp kimi rəqiblərini də məcbur etməsi gözlənilir. Şirkətin verdiyi məlumatlara görə təxminən 60 milyon Blackberry istifadəçisi ayda ən az bir dəfə BBM istifadə edir.