Malta Respublikasının Prezidenti Corc Vella Prezident İlham Əliyevə təbrik məktubu göndərib

11 İyun 2019 16:09 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına öz adımdan, həmçinin Malta xalqı adından səmimi təbriklərimi çatdırıram.

İcazə verin, ölkələrimizin və xalqlarımızın faydalana biləcəyi yeni və əhəmiyyətli təşəbbüslərin uğurla nəticələnməsi üçün qarşılıqlı siyasi iradə ilə dəstəklənən müxtəlif səviyyəli yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi məqsədilə Malta Respublikasının Azərbaycan Respublikası ilə əlaqələrinin mövcud müsbət ikitərəfli münasibətlər əsasında inkişaf etdirmək arzusunda olduğumu bir daha bildirim.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoş ovqat, ölkənizə isə sülh, tərəqqi və rifah arzu edirəm.

Zati-aliləri, bir neçə il əvvəl baş tutmuş ikitərəfli görüşümüzü məmnunluqla xatırlayaraq, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Corc Vella

Malta Respublikasının Prezidenti