Azərbaycana oynamaq imkanı vermədik - Pavel Hapal

12 İyun 2019 01:22 (UTC+04:00)
"Biz əla oynadıq. İlk dəqiqədən sona qədər üstün olduq. Qol buraxmağımıza baxmayaraq, çoxlu şans qazandıq. Hər şeydən razıyam". Qol.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal Avro-2020-nin seçmə mərhələsində Bakıda yığmamıza qalib gəldikləri oyundan (5:1) sonra keçirilən mətbuat konfransında deyib. O, "Bu qədər zəif Azərbaycan yığması gözləyirdiz" sualını belə cavablandırıb: "Deməzdim ki, Azərbaycan millisi çox zəif idi. Sadəcə, biz çox yaxşı oynadıq, performansımız yüksək oldu və rəqibə oynamağa imkan vermədik".