PSJ Barcelona-nı meydandan kənarda "uddu"

12 İyun 2019 14:11 (UTC+04:00)

PSG Ajax-ın futbolçusu Matteys De Liqti transfer etməyə yaxındır.

Goal.az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, Paris təmsilçisi 19 yaşlı müdafiəçinin transferi üçün Barcelona-nı mübarizədə udub.  Hollandiyalı oyunçunun agenti Mino Rayolanın hazırda Parisdə olduğu və müqavilənin son detallarını müzakirə etdiyi bildirilir.

De Liqtin PSG-də ilinə 15 milyon avro qazanacağı iddia olunur.