Xalq artisti səhnədə anasının ölüm xəbərini aldı: hönkür-hönkür ağladı - VIDEO - FOTO

12 İyun 2019 19:33 (UTC+04:00)

Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, bunu əməkdar artist Çingiz Əhmədov "Şou ATV"nin efirində deyib.

Məşhur aktyor sənət adamlarının kədərlərini hər zaman tamaşaçıdan gülüşləri vasitəsi ilə gizlətdiklərindən danışarkən mərhum xalq artisti Nəsibə Zeynalovanın başına gələn bir faciəvi olaydan sitat çəkib:

"Təsəvvür edin, Nəsibə xanımın anası rəhmətə gedir. O vaxt "Qayınana" tamaşası gedirdi. Mənim həmin vaxt 5 yaşım var idi. Nəsibə xanım tamaşanı oynayır, çıxır kulisdə hönkür-hönkür ağlayır. Meyit evin içindədir!".