Movqe.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, 2 ildən çox müddətdir qarşıdurmaların davam etdiyi Suriyaya yönələ biləcək hər hansı bir xarici müdaxiləyə qarşı olduqlarını xatırladıb. Soçidə İsrail baş naziri Binyamin Netanyahunu qəbul edən Putin, Suriyada vətəndaş müharibəsini şiddətləndirəcək hər cür hərəkətdən qaçınılmasının son dərəcə əhəmiyyətli olduğunu ifadə edərək xarici hərbi müdaxiləyə və müxaliflərə silah köməyi edilməsinə qarşı olduqlarını üstü bağlı şəkildə söyləyib. Netanyahu da, ölkəsinin yerləşdiyi oğrafiyanın qeyri-sabit və partlayışlara hazır olduğunu vurğulayaraq, Rusiyayla bölgədə sabitliyin təmin edilməsinə yönəlmiş yeni vasitələr haqda danışmaq fürsəti tapdığı üçün xoşbəxt olduğunu söyləyib.