"Zirə"dən növbəti transfer

13 İyun 2019 10:50 (UTC+04:00)

"Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. 
Sport7.az xəbər verir ki, klub Nicat Süleymanovla anlaşıb. 20 yaşlı yarımmüdafiəçi növbəti mövsümün sonuna kimi "Qarabağ”dan icarəyə götürülüb. 
Süleymanov Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdü.