Xamenei Trampın mesajına cavab verməkdən imtina edib

13 İyun 2019 14:55 (UTC+04:00)

İranın ali lideri ayətullah Əli Xamenei Yaponiyanın baş naziri Sindzo Abe tərəfindən ona çatdırılan ABŞ prezidenti Donald Trampın mesajına cavab verməyib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Bildirilir ki, görüşün əvvəlində S.Abe Ə.Xameneiyə ABŞ prezidentinin mesajını çatdırmaq istədiyini bildirib. Bunun cavabında isə İranın ali lideri "Məndə cavab yoxdur və ABŞ prezidentinin səsləndirdiyiniz mesajına da olmayacaq. Trampı hansısa mesaj göndərməyə layiq insan hesab etmirəm" deyib. 

S.Abenin ABŞ prezidenti adından İran liderinə hansı mesajı verdiyi haqqında bilgi yoxdur.

Xatırladaq ki, Abe iyunun 12-də Tehrana səfər edib. Bu, son 41 ildə Yaponiya baş nazirinin İrana ilk səfəridir. Bundan əvvəl bəzi xarici KİV Abenin Osakada keçiriləcək G-20 sammitində Trampla Xameneinin görüşünü təşkil etməkistədiyini yazmışdı.