Mərkəzi Bankda növbəti hərrac keçirilib

13 İyun 2019 15:32 (UTC+04:00)

Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.

Trend-in məlumatına görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bundan əvvəlki valyuta hərracı Mərkəzi Bankda iyunun 11-də keçirilmişdi. Həmin vaxt hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdı.