Türkiyə klubunda yeni baş məşqçi

13 İyun 2019 23:00 (UTC+04:00)

Türkiyənin "Kasımpaşa" klubunun yeni baş məşqçisi məlum olub.

Milli.Az xəbər verir ki, Super Liqa təmsilçisinin "sükan"ı keçmiş çalışdırıcısı Kemal Özdeşə tapşırılıb. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Özdeşlə 1 illik müqavilə imzalanıb.

Özdeş 2016-2018-ci illər aralığında da "Kasımpaşa"nı çalışdırmışdı.