FHN Oğuzdakı qəza ilə bağlı məlumat yayıb

14 İyun 2019 10:16 (UTC+04:00)

Oğuz rayonunun Bayan kəndində “Hyundai” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Movqe.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.