Azərbaycan və Ermənistanın XİN başçıları iyunun 20-də Vaşinqtonda görüşəcək

14 İyun 2019 11:07 (UTC+04:00)

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında növbəti görüşünün tarixi və yeri məlum olub.

Azərbaycan XİN-in Mətbuat xidməti idarəsindən Movqe.az-a bildirilib ki, nazirlər iyunun 20-də ABŞ paytaxtı Vaşinqtonda görüşəcəklər.

Danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.