Bakı sakininin avtomobilində 8 kiloqramdan çox marixuana aşkar olunub

14 İyun 2019 13:44 (UTC+04:00)

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini F.Cabbarzadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan heroin və tiryək aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə F.Cabbarzadənin idarə etdiyi “Ford” markalı avtomobilə baxış zamanı polis əməkdaşları oradan çəkisi 8 kiloqramdan artıq marixuana da aşkarlayaraq götürüblər.

Faktla bağlı araşdırma aparılır.