Çində körpü uçub, iki avtomobil suya düşüb

14 İyun 2019 15:02 (UTC+04:00)

Çinin Xeyuan şəhərinin cənubunda Dunszyan körpüsünün bir hissəsinin uçması nəticəsində azı iki avtomobil suya düşüb.

“Report” xəbər verir ki, məlumatı “Sinxua” yayıb.

Bildirilib ki, bir nəfər sağ xilas edilsə də, qurbanların və xəsarət alanların sayı məlum deyil.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı keçirilir.