“Mango” müştərilərini aldadır

14 İyun 2019 16:44 (UTC+04:00)

Hüsniyə Cavadzadə adlı istifadəçi sosial şəbəkədə “Mango” geyim markasından şikayət yazısı paylaşıb.

Axşam.az xəbər verir ki, o, şəbəkənin insanları aldatdığını, vitrində başqa, kassada başqa qiymətlərin olduğunu söyləyib

“Etiketin üstünə 49,9 AZN yazılmışdı, kassada 79 AZN olduğunu öyrəndim. Köynək 85 AZN-dən 79 AZN-ə düşüb, şalvar isə 59 AZN-də qalıb. Təsəvvür edin ki, belə qiymət səhvi olan onlarla paltar var. Mənim də 2 saat vaxtım boşuna getdi”.

Qeyd edək ki, analoji hal paytaxt mağazalarında tez-tez təkrarlanır.