Gürcüstanda turistləri aparan avtomobil dərəyə yuvarlandı - Ölən və yaralanan var

14 İyun 2019 16:57 (UTC+04:00)

Gürcüstanın Tuşeti bölgəsində turistləri aparan avtomobil dərəyə yuvarlanıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı bir nəfər həlak olub.

Daha 1 nəfərin isə xəsarət aldığı deyilir. Avtomobildə nə qədər turistin olduğu və turistlərin milliyəti barədə hələlik məlumat verilməyib.

Qəza yerində təcili yardım briqadaları və xilasedicilər işləyir.