Bakıda turistlərin qaldığı mənzildən oğurluq edən qadın saxlanılıb

15 İyun 2019 16:05 (UTC+04:00)

Əcnəbi turistlərin kirayədə yaşadıqları mənzildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Movqe.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 11-də iki nəfər əcnəbi turistin kirayədə yaşadıqları mənzildən 3000 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qasımova saxlanılıb.