Kürdəmirdə yol qəzası baş verib - FOTO

15 İyun 2019 17:50 (UTC+04:00)

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı iki minik avtomobili toqquşub. Xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.