MTRŞ ilə Səhiyyə Nazirliyi razılığa gələ bilmir

15 May 2013 18:40 (UTC+04:00)

"Milli Televiziya və Radio Şurası hələ də Səhiyyə Nazirliyinin reseptsiz satılan dərmanlarla bağlı siyahını gözləyir. Ona görə də biz telekanallara dərmanların reklamı ilə bağlı hər hansı məhdudiyyət qoya bilmirik"

Bu sözləri Movqe.az-a açıqlamasında Milli Teleradio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib: "Səhiyyə Nazirliyi reseptsiz satılan dərmanların siyahısını bizə dolğun şəkildə təqdim etməlidir. Axı biz o sahənin mütəxəssisləri deyilik ki, hansı dərmanların resseptlə satılıb-satılmadığını müəyyənləşdirək". 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirdilər ki, dərman preparatlarının reklam olunması üçün rəy MTRŞ-ya təqdim edilmir. Mətbuat xidmətindən bildirdilər ki,  dərman preparatının reklam etdirmək istəyən dərman şirkəti nazirlikdən bununla bağlı rəy alır və həmin rəyi reklam olunacaq telekanala verir". 

Qeyd edək ki, "Reklam haqqında" qanuna edilən dəyişikliyə əsasən, Səhiyyə Nazirliyi reseptsiz satılan dərmanların və reklamına icazə verilən özəl klinikaların siyahısını MTRŞ-ya göndərməlidir.