Quba rayonunda ölümlə nəticələnən yol qəzası olub.
"Report"un Şimal bürosunun məlumatına görə, 1992-ci il təvəllüdlü İkinci Nügədi kənd sakini Hüseynov Şahbaba Şirinağa oğlu səhər saatlarında idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə yol kənarında duran qaldırıcı krana çırpılıb.
Hadisə nəticəsində avtomobildə tək olan sürücü ölüb.
Faktla bağlı araşdırma aparılır.