“Yaşlandıqca qadına ət lazımdır” - Röya

16 İyun 2019 14:48 (UTC+04:00)

Əməkdar artist Röya Ayxan “X maqazin” proqramına kökəlməyindən söz açıb.

Unikal.org xəbər verir ki, sənətçi yeməyini artırdığına görə kökəldiyini bildirib.

“Qış aylarında kökəlmək lazım idi, indi isə dayandırmışam. İstəyəndə istədiyim kilonu alıram. İstəsəm bir gecədə, 50 kiloya düşüb, 100 kiloya qalxaram. Yaşlandıqca qadına ət lazımdır. 50 kilo idim, indi isə 53 kiloqram olmuşam”.