Bakıda 3 otaqlı ev yanıb

16 İyun 2019 19:00 (UTC+04:00)

Bakı şəhərində yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, şəhərin Binəqədi rayonunda üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və divar kağızı 18 m² sahədə yanıb. Yüksək temperaturdan televizor və lambirindən ibarət tavan 3 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.