Xırdalanda qəza yolu bağladı

17 İyun 2019 15:05 (UTC+04:00)

Xırdalanın mərkəzində qəza baş verib.

Trend-in məlumatına görə, hadisə bir az əvvəl Heydər Əliyev prospektində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində yolda tıxac yaranıb.

Hadisə yerinə cəlb olunan DYP əməkdaşları yolu açmağa çalışırlar.