25 yaşlı piyadanı avtomobil vuraraq öldürdü

17 İyun 2019 20:08 (UTC+04:00)

Qazax rayonunda 25 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Türxan Eldarovu yolu qarşı tərəfə keçmək istəyərkn avtomobil vurub və gənc aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.