Ordumuz daha bir əsgərini itirib

16 May 2013 11:10 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissədə xidmət edən əsgər, 1994-cü il təvəllüdlü Əlizadə Ramil Ətraf oğlu əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, R. Əlizadə 2012-ci ilin aprelində Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.