Real Rodriqesə görə 55 milyon istəyir

18 İyun 2019 14:02 (UTC+04:00)

Real-a qayıdan Xames Rodriqesi daha bir klub transfer etmək istəyir.

Movqe.az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, kolumbiyalı yarımmüdafiəçini Napoli, Juventus-la yanaşı, Manchester United də almağı düşünür. İngiltərə klubunun artıq bu barədə Madrid təmsilçisinə bildirdiyi vurğulanıb.

Real-ın Xames üçün 55 milyon avro istədiyi iddia olunub.

Qeyd edək ki, X.Rodriqes ötən mövsüm icarə əsasında Bayern Munich-də oynayıb.