Neftin qiyməti bahalaşıb

16 May 2013 11:42 (UTC+04:00)

Dünya bazarlarında neftin qiymətində dəyişiklik olub. Mövqe.az-ın verdiyi məlumata görə, günlərdir ucuzlaşan neftin qiymətində artım müşahidə olunub. Ötən gün Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,09 dollar və ya 0,1% artaraq 1 barelə görə 94,30 dollar təşkil edib. Bundan başqa  mayın 15-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,99 dollar və ya 1,0% artaraq 103,50 dollar olub.