Dağlıq Qarabağda Ermənistan hərbçisi ölüb

18 İyun 2019 14:40 (UTC+04:00)

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində iyunun 18-də baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Ermənistan hərbçisi Araik Balasanyan ölüb.

Movqe.az xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Qəza zamanı A.Balasanyan yaralanıb. Onu hospitala aparıblar və orada ölüb.

Hadisənin səbəbi araşdırılır.