"Həyat yoldaşıma xəyanət etmişəm"

18 İyun 2019 15:48 (UTC+04:00)

Müğənni Rəvan Qarayev həyat yoldaşına xəyanət etdiyini etiraf edib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Hər şey daxil" verilişində danışıb.

Aparıcı-prodüser Tarix Əliyevin (Tolik) "Həyat yoldaşına xəyanət etmisən" sözlərinə Rəvan "Etmişəm..." cavabını verib.  

"Yox, deyə bilməzdi. Rusiyada toyda idik. Gördüm ki, ofisiant qız Rəvana qulluq edir. Gecə ilə qayıtmalı idik. Hava limanına gəlmişəm ki, Rəvan o qızla oradadır. Onu aldatmışdı ki, subaydı" deyə, Tolik sözlərinə əlavə edib.

Qeyd edək ki, Rəvan iki dəfə ailəli olub. Onun iki qız övladı var.