"Səbail"in Avropa Liqasındakı rəqibi bəlli olub

18 İyun 2019 17:56 (UTC+04:00)

"Səbail"in UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Movqe.az xəbər verir ki, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv Rumıniyanın "Krayova" komandası ilə qarşılaşacaq.

Avropa Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.