Masazırda bu gün elektrik enerjisi fasilələrlə veriləcək

19 İyun 2019 11:45 (UTC+04:00)

Bu gün saat 13.30-dan 15.30-dək 110/10 kVt-luq Əliağa Vahid yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Movqe.az-a deyib.

Yaranmış narahatçılığa görə, “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.