Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub

19 İyun 2019 14:02 (UTC+04:00)

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

Movqe.az-ın Report-a istinadən məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Fəqan İsmayılov Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin olunub.