Nur-Sultanda Azərbaycan ticarət evi açılacaq

19 İyun 2019 14:11 (UTC+04:00)

2019-cu ilin yanvar-may aylarında azərbaycanlı qeyri-neft məhsulları ixracatçıları ixracın təşviqi proqramı çərçivəsində 5,042 milyon manat vəsait əldə edib.

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev deyib.

O qeyd edib ki, bu ilin iyulunda Yekaterinburqda Azərbaycan şərab evi açılacaq. Bundan başqa, Sankt-Peterburqda şərab evinin açılması planlaşdırılır:

“Çinin müxtəlif regionlarında şərab evlərinin açılması ilə bağlı danışıqlar aparılır. İyul ayında İsveçrəyə ixrac missiyası baş tutacaq. Bu ölkədə biznes-forumun keçirilməsi planlaşdırılır”.

Y.Abdullayev əlavə edib ki, bu ilin sonunadək Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycan ticarət evinin açılışı olacaq.