"Qarabağ"ın Çempionlar Liqasında növbəti rəqibi müəyyənləşib

19 İyun 2019 14:21 (UTC+04:00)

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Movqe.az-ın məlumatına görə, ölkə çempionu I mərhələdə Albaniyanın "Partizani" kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə TNS (Uels) - İlkin mərhələnin qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda, II təsnifat mərhələsinin matçları isə\ 23-24 və 30-31 iyulda keçiriləcək.