Masallıda silahlı insident baş verib

16 May 2013 14:17 (UTC+04:00)


Masallıda silahlı insident baş verib. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şatroba kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəllüdlü Nicat Mirzəcanov ayaq nahiyəsindən güllə yarası alıb. N. Mirzəcanov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Hadisənin motivi haqda əlavə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.