"Yaraşıqlı, şıq görünürəm, məni həzm edə bilmirlər"

19 İyun 2019 21:55 (UTC+04:00)

Müğənni İzzət Bağırov "Ən yaxşısı" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi sosial şəbəkədə yazılan tənqidlərdən bəhs edib. O, geyimlərini ələ salanlara sərt cavab verib:

"Məni həzm edə bilmirlər. Baxır ki, yaraşıqlı görünürəm, şıq geyinirəm. 43 yaşım oldu. Deyirlər ki, bu niyə qocalmır? Paxıllıqdan tənqid etməyə başlayır.

Yaşımı, yerimi bilirəm. Telekanallarda, İnstaqramda ağzına gələni danışanlara, soyunanlara, tərbiyəsizlik edənlərə baxın. Onlardan danışın. Arxalarına dönüb baxsınlar, vedrələrin, vannaların səsini görsünlər, sonra məşhurlara tənqid yazsınlar".

Qeyd edək ki, İzzətin bir müddət əvvəl geyindiyi "leopart" naxışlı köynək tənqid edilmişdi.