Azərbaycan nefti bahalaşdı

20 İyun 2019 09:11 (UTC+04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 18-də 64,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,76 dollar/barel çoxdur. Movqe.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,77 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,88 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,08 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel çoxdur.