Faiq Ağayevdən o şəxsə SƏRT SÖZLƏR: Tiryək udub...

20 İyun 2019 11:53 (UTC+04:00)

Xalq artisti Faiq Ağayev fesybuk vasitəsilə anonim şəxsə ünvanladığı tikanlı mesajı ilə diqqət çəkib.

Movqe.az xəbər verir ki, məşhur müğənni feysbukda yazdığı statusda adını çəkmədiyi həmkarlarından birinə ismarış göndərib.

"Onun kimisən, göylərdə uçan quşlara da borclusan - hallı-qallı. Heç kimə maraqlı deyilsən, amma tiryək udub hələ də özün-özünə “kraliça” deyirsən, zavallı”, - deyə Ağayev qeyd edib.