Müdafiə Nazirliyindən Aprel döyüşləri ilə bağlı SENSASİON ETİRAF: Bu hadisədən şoka düşdük

20 İyun 2019 13:51 (UTC+04:00)

Aprel döyüşləri zamanı Ermənistan ordusunda vəziyyətin aclnacaqlı olmasının bir daha şahidi olduq.

Movqe.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Müdafiə Nazirliyinin şöbə müdiri Rauf Dəmirov deyib.

O bildirib ki, Aprel döyüşlərində bir daha onların biabırçı vəziyyətdə olduqları bilindi: "Aprel döyüşlərində həlak olan erməni əsgərlərini onlara təhvil verəndə meyiti sürüyə-sürüyə aparırdılar. Biz bu hadisədən şoka düşdük. Çünki onlar Ermənistan tərəfindən döyüşən əsgər idi. Amma bizim pilotlarımızın olduğu təyyarə vurulanda meyitlər qarşı tərəfdən təhvil alınarkən hərbi təzimlə çiyin bərabərində qaldırılaraq sıra adddımı ilə maşına tərəf aparıldı. Bu isə ermənilərdə böyük şok yaratdı".

R.Dəmirov deyib ki, Ermənistan hakimiyyəti ölkədə olan xaosu ört-basdır etmək üçün cəbhə xəttində təxribatlar törədir: "Son zamanlar atəşkəs daha tez-tez pozulur, Azərbaycan ordusu onlara layiqli cavab verir. Onlar başa düşürlər ki, Azərbaycan Ordusu istər silah baxımından, istərsə də şəxsi heyətin mənəvi-psixoloji hazırlığı baxımından erməni ordusundan qat-qat yüksəkdir".