Bilgəhdə qadını avtomobillə vurub öldürən sürücü turistdir

20 İyun 2019 13:54 (UTC+04:00)

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 58 yaşlı qadını avtomobillə vuraraq öldürən sürücünün şəxsiyyəti müəyyənləşdirilib.

“Report”un xəbərinə görə, bu, Azərbaycana turist kimi gələn Rusiya vətəndaşı Anton Spiridonovdur. 

A.Spiridonov idarə etdiyi “Audi” marklı avtomobillə 1961-ci il təvəllüdlüRahilə Əhmədovanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.