Gürcüstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

20 İyun 2019 15:15 (UTC+04:00)

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze iyunun 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan parlamentinin sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.