BMT rəsmisi qaçqınlara münasibətinə görə Azərbaycana təşəkkür etdi

20 İyun 2019 16:50 (UTC+04:00)

Azərbaycan hökumətinə qaçqınlara münasibətdə nümayiş etdirdiyi qonaqpərvərliyə görə təşəkkür edirəm.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai 20 iyun - Ümumdünya Qaçqınlar Gününə həsr edilmiş tədbirdə deyib.

Q.İsaqzai bildirib ki, Azərbaycanda qaçqınlar zəruri xidmətlərə, o cümlədən ibtidai və orta təhsilə, ilkin tibbi yardım xidmətlərinə çıxış imkanlarına malikdirlər:

"BMT qaçqınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində hökumətin ehtiyac duyduğu istənilən yardımı göstərməyə hazırdır".

Q.İsaqzai vurğulayıb ki, son 20 ildə dünyada zorla didərgin salınan insanların sayı 2 dəfə artıb. Bu gün 70 milyon insan bu problemdən əziyyət çəkir.