Tanınmış xanəndəmiz Türkiyədə vəfat etdi

20 İyun 2019 23:00 (UTC+04:00)

Məşhur Azərbaycanlı xanəndə Huşəng Azəroğlu vəfat edib.

Movqe.az qaynarinfo-ya istinadla xəbər verir ki, bir zamanların ən məşhur mahnıları olan "Sizə Salam gətirmişəm", "Olmaz, olmaz, olmaz" mahnılarının ifaçısı ötən gün dünyasını dəyişib.

Məşhur sənətkarın vaxtilə Türkiyə klassiki Zeki Mürenlə oxuduğu duet də dillər əzbəri omuşdu.