Obama və Ərdoğan görüşünə bir neçə saat qalıb

16 May 2013 16:42 (UTC+04:00)

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə baş naziri Ərdoğan və Amerika prezidenti Obamanın Ağ Evdəki görüşünə cəmi bir neçə saat qalıb. İki liderin gündəmində nələr var, hansı mövzular gündəmdə olacaq? Birinci maddə şübhəsiz Suriyadır. Bu onsuz da keçən həftədən müəyyən idi. Əlavə olaraq Reyhanlıdakı qanlı hücumun gəlməsi, Baş nazirin əlindəki Suriya qovluğunun tərkibini daha da zənginləşdirib. Amerika, Suriya rejiminə müdaxilə fikrinə müsbət baxmır. Baş nazir Ərdoğan bu mövzuda Əsəd rejiminin artıq heç bir şəkildə müdafiə olunmaması fkrindədir. Obama isə Cenevrə müqaviləsinin fəaliyyətə keçirilməsi tərəfdarıdır. 2012-ci ildə imzalanan müqavilə, muxaliflərlə rejimin bir araya gətirilməsini ehtiva edir. Lakin Amerikanın bu mövzudakı israrı, Suriyada axan qanın dayanması əvəzinə daha da şiddətlənməsinə səbəb olur.