Əli Əhmədov: “Azərbaycan qadını təkcə kiçik sahibkarlıqla deyil, həm də özünü ciddi biznes fəaliyyəti ilə məşğul olmağa hazır hiss etməlidir”

21 İyun 2019 10:52 (UTC+04:00)

“Qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsinin təşkil olunması, onlara lazımı köməyin göstərilməsi bu sahənin güclənməsinə təkan verəcək”.

Movqe.az-ın məlumatına görə, bunu Baş Nazirin müavini Əli ƏhmədovBakıda keçirilən Qadın Sahibkarlığının inkişafı üzrə Beynəlxalq Forumda deyib.

O bildirib ki, Azərbaycan hökuməti qadınların sahibkarlıq fəallığının artırılmasına böyük önəm verir: “Ölkəmiz son illərdə iqtisadi inkişaf sahəsində uğurlar qazanmasına görə müstəqilliyini əldə etmiş ölkələrdən biridir. Azərbaycanın iqtisadi potensialının artırılmasında qadın sahibkarların böyük rolu var. İqtisadiyyatın inkişaf etdirilməsində, ölkənin daxili iqtisadi potensialların gücləndirilməsində kiçik və orta sahibkarlığın böyük rolu var. Azərbaycan əhalisi dinamik inkişaf edən, artan bir əhalidir. Əhalinin artması əmək bazarına yeni işçi qüvvəsinin gəlməsi kimi səciyyələnir”.

Baş Nazirin müavini vurğulayıb ki, Azərbaycan qadını təkcə kiçik sahibkarlıqla deyil, həm də ciddi biznes fəaliyyəti ilə məşğul olmağa özünü hazır hiss etməlidir.